BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəali...
23:58 04.11.2026
0
0
0
NAXÇIVAN :
05 Noyabr 2026, Cümə axşamı
Bu mühüm idman tədbirinin hazırlanmasına və keçirilməsinə töhfə vermiş beynəlxalq təşkilatlara, milli federasiyalara, təşkilatçılara, hakimlərə və bütün mütəxəssislərə səmimi minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrilib. Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturlarının qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldıblar.
“Şərq qapısı” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı deyib.
O bildirib ki, Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır: “Əminəm ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək. Eyni zamanda, iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək baxımından mühüm imkanlar yaradılacaq. Dünya çempionatlarının həm kişilər, həm də qadınlar arasında keçirilməsi idmançılar üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini bir daha vurğulayaraq və yanğınsöndürmə idmanının beynəlxalq səviyyədə daha da inkişafına töhfə verir. İnanırıq ki, bu idman növünün inkişafı sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürən və xilasetmə peşəsinin nüfuzunun yüksəlməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artmasına xidmət edəcək”.
Nazirin sözlərinə görə, bu səviyyəli idman yarışları ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır: “Hər birinizə öz gücünüzə inam, dözümlülük, yüksək mübarizə əzmi və uğurlu nəticələr arzulayıram. Əminəm ki, Bakıdakı günləriniz qonaqpərvərliyimiz, zəngin mədəniyyətimiz və xoş xatirələrlə yaddaşınızda qalacaq”.
Digər xəbərlər