NAXÇIVAN :

10 Yanvar 2025, Cümə

Qazaxıstan Səhiyyə Nazirliyi: Üç Azərbaycan vətəndaşı xəstəxanada müalicə alır

...

Hazırda üç Azərbaycan vətəndaşı Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alır.

"Şərq qapısı" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə xəstəxanadan bildirilib.

"Hazırda xəstəxanada ümumilikdə altı nəfər müalicə alır. Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir. Müalicə alan yaralılardan üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır", - xəstəxanadan bildirilib.

Nəşr edilib : 27.12.2024 10:44