NAXÇIVAN :

05 Avqust 2026, Çərşənbə

Qarabağ kanalında 14 yaşlı yeniyetmə batıb

...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə 4 avqust 2026-cı il tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Nəşr edilib : 05.08.2026 20:55