NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Putin: Prezident Ərdoğanla daim təmasdayıq

...

Prezident Ərdoğanla daim təmasdayıq. Biz təbii ki, regiondakı, Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişik.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən böyük mətbuat konfransında bildirib.

Yaxın Şərq məsələsinə toxunan Putin qeyd edib ki, Fələstin problemini onun yaranmasına gətirib çıxaran səbəbləri aradan qaldırmaqla - İsrail və Fələstin dövlətləri yaratmaqla həll etmək olar.

O, Suriyadakı vəziyyətlə bağlı danışarkən vurğulayıb ki, Türkiyə cənub sərhədlərində təhlükəsizliyini təmin etmək, qaçqınların geri qayıtması üçün şərait yaratmaq və “kürd qüvvələrini sərhəddən uzaqlaşdırmaq” üçün əlindən gələni edir. “Bütün bunlar yəqin ki, mümkündür və ola bilsin ki, bu, müəyyən dərəcədə edilib”, - deyə Rusiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Suriyada baş verən hadisələrdən əsas faydalanan tərəf İsraildir. “Rusiya Suriyanın istənilən ərazisinin ələ keçirilməsini pisləyir... Amma İsrail təhlükəsizlik məsələlərini özü üçün həll edir”, - deyə Putin vurğulayıb.

“Türkiyənin Kürdüstan Fəhlə Partiyası ilə onilliklərdən bəri problemi var. Ümid edirəm ki, heç bir gərginlik olmayacaq”, - deyə Rusiya Federasiyasının Prezidenti bildirib və əlavə edib ki, bu problemi Suriyanın yeni hakimiyyət orqanları ilə həll etmək lazımdır.

Nəşr edilib : 19.12.2024 18:00