NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Putin: “BRICS+” iştirakçıları beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələləri nəzərdən keçirəcəklər

...

Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında ilk plenar iclasının iştirakçıları beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərə diqqət yetirəcəklər.

Bunu Rusiya Prezidenti Vladimir Putin sammitin ev sahibi kimi iclası açarkən deyib.

Onun sözlərinə görə, bu genişləndirilmiş format özünü yaxşı göstərib.

“Burada ümumi masada Avropa, Asiya, Afrika və Latın Amerikası dövlətləri təmsil olunur. Təklif olunan gündəliyə əsasən, biz beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələləri, o cümlədən davamlı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, texnologiya və bilik mübadiləsi, terrorizmə və s. qarşı mübarizə məsələlərini nəzərdən keçirəcəyik”, - Rusiya Prezidenti bildirib.

Rusiya lideri münaqişə məsələlərinin nizamlanmasına, Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.

Nəşr edilib : 24.10.2024 12:43