Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında d...
10:52 12.12.2024
0
0
0
BRICS-in 16-cı zirvə toplantısının "autriç"/BRICS plus formatında keçiriləcək iclasında terrorizmə qarşı mübarizə, transmilli cinayətkarlıq, yoxsulluqla mübarizə və münaqişələrin dinc yolla həlli məsələləri müzakirə olunacaq.
"Şərq qapısı" xəbər verir ki, bu barədə BRICS sammiti iştirakçıları şərəfinə keçirilən təntənəli qəbulda Rusiya Prezidenti Vladimir Putin deyib.
"Sabah sizinlə birlikdə "autriç"/"BRICS plus" formatında görüş keçirəcəyik. Bu genişləndirilmiş format artıq özünü yaxşı sübut edib və birliyin üzvləri ilə dostlarımız arasında birbaşa və açıq dialoq üçün imkan yaradır", - Putin bildirib.
O qeyd edib ki, iştirakçılar dünya birliyini narahat edən məsələləri birlikdə müzakirə edəcəklər.
"Bu, dayanıqlı inkişaf, yoxsulluğun aradan qaldırılması, münaqişələrin dinc yolla həlli, terrorizm və transmilli cinayətkarlıqla mübarizə, iqlim dəyişikliyinə uyğunlaşma, tədarük zəncirlərinin sabitliyi, texnologiya və bilik mübadiləsidir. Bu mövzular birbaşa vətəndaşlarımızın həyatına təsir edir və buna görə də kollektiv tədbirlər tələb edir", - Putin vurğulayıb.
Digər xəbərlər