Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xər...
12:23 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində hər zaman olduğu kimi mühüm məsələlərə toxunub, ölkəmizin mövqeyini, qlobal miqyasda gedən proseslərə yanaşmasını açıq şəkildə ortaya qoyub. Bu müsahibə həm də Azərbaycanın qlobal proseslərə olan mövqeyinin təqdimatıdır”. Bu sözləri “Şərq qapısı” qəzetinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova deyib. Müsahibə zamanı cənab Prezident Azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etmiş oldu və ölkəmizin qeyri-obyektiv yanaşma, ikili standartlar, münaqişələrə qarşı mübarizə apardığını diqqətə çatdırdı, dünya liderlərinə siyasi baxımdan dərs vermiş oldu. Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə qorudu və hər kəsə öz ciddi mesajlarını göndərmiş oldu.
Cənab İlham Əliyevin də qeyd etdiyi kimi liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Cənab İlham Əliyev haqlı olaraq bildirib ki, bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.
“İyirmi ildən artıq müddət ərzində həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.
Digər xəbərlər