Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri Mil...
13:13 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
“Prezident cənab İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Həmin müsahibədə dövlətimizin başçısı telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi də cavablandırdı”. Bu sözləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva bildirib.
Prezident cənab İlham Əliyevin müsahibədə “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu, sona qədər gedəcəyik” fikri dövlət başçısının xarakterini, şəxsi keyfiyyətlərini, cəsarətini, vətənpərvərlik nümunəsini göstərir.
Ölkə başçısının dediyi kimi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm”.
Prezident cənab İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda torpaqlarının işğaldan azad edilməsinə, suverenliyin tam təmininə müvəffəq olmaq sadə məsələ deyil. İstər hərb meydanında, istər diplomatiya sahəsində, istərsə də informasiya cəbhəsində tarixi qələbənin memarı Prezident cənab İlham Əliyevdir.
“Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”.
Prezident cənab İlham Əliyevin liderlik xüsusiyyətlərini sadaladığı müsahibədə bir sıra dövlət başçılarına dərs keçdi. Bu da bir həqiqətdir ki, Prezident cənab İlham Əliyev dərinməzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
Digər xəbərlər