NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

...

Polşanın “TVP World” informasiya portalında Azərbaycanın tarixi və memarlıq irsinə, eləcə də Bakı şəhərinin formalaşmasında Polşa əsilli memarların roluna həsr olunmuş məqalə dərc edilib.

"Şərq qapısı" xəbər verir ki, müəllif Ramiz Səlimovun ingilis dilində hazırladığı “Secretly Polish: the Polish architects behind the 'Paris of the Caucasus'” (“Polşanın gizli izi: “Qafqazın Parisi”nin arxasındakı polyak memarlar”) adlı məqalədə XIX əsrin sonu və XX əsrin əvvəllərində Polşa əsilli memarların Azərbaycandakı fəaliyyəti, onların Bakı şəhərində inşa etdikləri məşhur tarixi binalar barədə məlumat verilir.

Məqalədə həmin dövrdə Azərbaycanın tarixi, xüsusilə Bakının memarlıq xüsusiyyətləri və şəhərin simasının formalaşmasında Polşa əsilli memarların verdiyi töhfələr ətraflı şəkildə diqqətə çatdırılır.

Yazıda Bakı şəhərinin özünəməxsus memarlıq üslubu və tarixi siması vurğulanaraq, şəhərin “Qafqazın Parisi” kimi tanındığı qeyd edilir. Məqalə Azərbaycan və Polşa arasında tarixi əlaqələrə də nəzər salır. Yazıda iki ölkə arasındakı bağlar memarlıq irsi və XIX–XX əsrlərin qovşağında Bakının inkişafı kontekstində təqdim olunur.

Məqalə müsbət, eyni zamanda, neytral və tanıdıcı üslubda hazırlanıb.

Nəşr edilib : 06.10.2026 16:17