Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:58 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Son günlər Cənubi Qafqaz ölkələrinin Avropa və Mərkəzi Asiya dövlətləri arasındakı rolu xüsusi müzakirə mövzusu olub. Bəzi siyasətçilər, elmi tədqiqat mərkəzləri bu məsələdə Gürcüstanın rolunu xüsusilə qabartmağa çalışırlar. Lakin onlar Azərbaycan faktorunu unudurlar.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Tbilisi-Moskva videokonfransı zamanı IMEMO RAS-ın Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin Tbilisi ilə Mərkəzi Asiya respublikalarını bir araya gətirən maraqlardan danışarkən söyləyib.
Onun sözlərinə görə, Azərbaycan regionda mühüm enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı kimi çıxış edir və bunların həyata keçirilməsində həm də əsas sərmayədardır: “Ona görə də düşünürəm ki, Gürcüstanın regiondakı rolu Azərbaycan ilə birbaşa bağlıdır”.
Bu gün tez-tez bir sual ortaya çıxır: Gürcüstan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən tranzit infrastrukturunun mühüm elementi olaraq qalır. Bəs onun rolu nə dərəcədə müstəqildir? Niyə Azərbaycansız tamhüquqlu dəhlizlər qurmaq mümkün deyil və Bakı-Tbilisi-Qars layihəsinin bununla nə əlaqəsi var?
Politoloq deyib ki, bütün dəhlizlər Azərbaycandan keçir: “Bakı-Tbilisi- Qars, orta dəhliz və digər layihələr Azərbaycanın moderatorluğu ilə həyata keçirilir. Məsələn, nəzərə alsaq ki, BTQ dəmir yolunun Gürcüstan hissəsinin tikintisi də Azərbaycan sərmayəsi hesabına həyata keçirilir, o zaman, ölkənin rolunun nə qədər vacib olduğu tam aydın olur”.
“Ona görəd də qətiyyətlə deyə bilərik ki, Avropa və Mərkəzi Asiya arasında Gürcüstanın rolu böyükdür. Lakin bütün hallarda Azərbaycan faktoru əsasdır” – deyə politoloq vurğulayıb.
Digər xəbərlər