NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

PMS imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

...

Sentyabrın 22-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının (PMS) I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

DİM-dən bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə DİM-in saytından tanış ola bilərlər.

Nəşr edilib : 16.09.2024 18:48