Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib...
11:47 04.09.2026
0
0
0
Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və “LİNKS Europe” Fondunun təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa keçirilir.
"Şərq qapısı" xəbər verir ki, dəyirmi masanın əsas məqsədi Avropa-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini, inkişaf perspektivlərini müzakirə etmək, tarixi təcrübədən irəli gələn nəticələri nəzərdən keçirmək, həmçinin gələcəkdə daha sıx və səmərəli əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları dəyərləndirməkdir.
Xatırladaq ki, bu, BMTMM-nin təşəbbüskarı olduğu ilk belə tədbir deyil. Mərkəz daha əvvəl Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfranslarını, Azərbaycan-ABŞ və Azərbaycan-Türkiyə beyin mərkəzləri forumlarını təşkil edib.
Digər xəbərlər