Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil ola...
13:56 04.09.2026
0
0
0
NAXÇIVAN :
04 Sentyabr 2026, Cümə
Dövlət İmtahan Mərkəzinin (DİM) gələcəkdə keçirəcəyi imtahanlarda PISA tipli, bacarıqəsaslı tapşırıqların tətbiq edilməsi gözlənilir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Elnur Əliyev bildirib ki, qiymətləndirmə sistemi təhsil prosesinin istiqamətinə birbaşa təsir göstərir: “Qəbul olunmuş belə bir yanaşma var ki, nəyi ölçürsənsə, sistem də ona yönəlir. Universitetlərə qəbul və buraxılış imtahanları nəyə fokuslanırsa, məktəblərin müəllimləri və şagirdləri də istər-istəməz diqqətlərini həmin istiqamətə yönəltməyə məcbur olurlar. Bu, yalnız Azərbaycana xas məsələ deyil, dünyanın müxtəlif ölkələrində də müşahidə olunan təcrübədir. Azərbaycanda artıq bir neçə ildir bacarıqəsaslı qiymətləndirmələr həyata keçirilir. Elm və Təhsil Nazirliyinin tapşırığı ilə IV siniflərdə şagirdlərin oxu və riyazi bacarıqları üzrə monitorinqlər təşkil olunur”.
Nazir müşavirinin sözlərinə görə, həmin şagirdlərin bir hissəsi 2029-cu ildə 15 yaşa çatacaq və onların PISA nəticələrini əvvəlki illərdəki 15 yaşlı şagirdlərin nəticələri ilə müqayisə etmək mümkün olacaq.
Elnur Əliyev DİM-in son dövrlərdə PISA tipli tapşırıqlar istiqamətində fəaliyyətə başladığını diqqətə çatdırıb və gələcəkdə bu yanaşmanın DİM imtahanlarında da öz əksini tapacağını bildirib.
Digər xəbərlər