Qəzetçiliyin görünməyən zəhmətkeşləri
14:12 25.11.2024
0
0
0
Avropa İnvestisiya Bankı (EİB) Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdə olan EİB-in vitse-prezidenti Tereza Çervinska ilə ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə fikir mübadiləsi aparılıb.
P. Şahbazov qeyd edib ki, “yaşıl enerji dəhlizləri”, enerji şəbəkələri, hidrogen və enerji səmərəliliyi sahələrində bankla investisiya əməkdaşlığı imkanları dəyərləndirilib.
Digər xəbərlər