Müəllimlərin yalnız üçdəbiri müsabiqə yolu ilə təh...
14:53 11.09.2026
0
0
0
Azərbaycan-Türkiyə münasibətlərində enerji əməkdaşlığı güclü strateji məzmun qazanıb.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, birgə enerji layihələri Azərbaycan-Türkiyə tərəfdaşlığının mühüm strateji zəminini və geniş coğrafiyasını nümayiş etdirir.
“SOCAR Türkiyə, İstanbul hava limanlarında yanacaq doldurma xidmətləri göstərən şirkətlər və digər layihələr bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Türkiyədə yeni neft-kimya güclərinin yaradılması istiqamətində fəaliyyət, eləcə də enerji sahəsində yeni layihələr iqtisadi əlaqələri genişləndirərək enerji inteqrasiyasını daha da möhkəmləndirir”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, SOCAR və Türkiyənin aidiyyəti qurumları arasında Azərbaycan və Türkiyədə əməkdaşlığın genişləndirilməsi, həmçinin üçüncü ölkələrdə birgə fəaliyyət imkanlarının araşdırılması istiqamətində iş aparılır.
Digər xəbərlər