NAXÇIVAN :

02 May 2026, Şənbə

Paşinyan: Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir

...

Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir.

"Şərq qapısı" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Azərbaycan benzininin satın alınması ilə bağlı ilkin bazar araşdırması aparılıb və bu fürsəti siyasi aksiyaya çevirməyəcək iş adamlarına təklif olunub.

Nəticədə, Azərbaycan tərəfi ilə əlaqəyə iki erməni şirkəti – “Ran Oil” və “Titan” çıxıb.

Paşinyan, həmçinin, qeyd edib ki, ilk neft məhsulları tədarükü zamanı bəzi yanacaq doldurma stansiyaları Azərbaycan benzinini satmaqdan imtina edib.

Nəşr edilib : 08.01.2026 14:27