NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Parlament sədri: Minskdə Bakı ilə təşəbbüslərin uğurlu həyata keçirilməsinə ümid edirlər

...

Qlobal çağırışlar şəraitində regional ölkələrin qarşılıqlı əlaqəsi sülh və həmrəyliyin möhkəmləndirilməsində əsas rol oynayır.

"Şərq qapısı" xəbər verir ki, bunu Belarus parlamentinin sədri Natalya Koçanova qurumun fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasında deyib.

Onun sözlərinə görə, parlamentarilər sülh, həmrəylik və rifahın möhkəmləndirilməsində mühüm rol oynayırlar: "Biz bütün ölkələrimizdə sülh və həmrəyliyin olması üçün mümkün olan hər şeyi etməliyik. Bugünkü iclas bu məqsədlər naminə birləşməyə hazır olduğumuzu təsdiqləyir”.

N.Koçanova, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya və azərbaycanlı həmkarlarına səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

O qeyd edib ki, ötən il Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verib: "Biz bütün sahələri əhatə edən mövcud razılaşmalar çərçivəsində əməkdaşlığın davam etdirilməsində maraqlıyıq".

N.Koçanova, həmçinin birgə təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Nəşr edilib : 19.02.2025 15:08