Naxçıvanda təhsilin inkişafı yeni mərhələdə...
12:04 19.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Panorama” restoranında gigiyenik qaydalara əməl olunmadığı, istehlak üçün yararsız qida məhsullarının satışının həyata keçirildiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tullantıların vaxtında kənarlaşdırılmadığı və havalandırma sisteminin mövcud olmadığı aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılmışdır. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Digər xəbərlər