NAXÇIVAN :

24 Fevral 2025, Bazar ertəsi

Pakistanın Baş naziri iyulda Azərbaycana səfəri çərçivəsində Şuşanı ziyarət etmək istəyini bildirib

...

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şuşaya səfər etmək istəyini bildirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə danışıb.

"Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik",-deyə Baş nazir vurğulayıb.

Nəşr edilib : 24.02.2025 14:50