NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Pakistan və Ermənistan diplomatik münasibətlərin qurulmasını nəzərdən keçirməklə bağlı razılığa gəlib

...

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Bu barədə "Şərq qapısı" Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın "X" hesabındakı paylaşımına istinadən xəbər verir.

Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.

"Bu gün xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı apardıq və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması mümkünlüyünü nəzərdən keçirməyə razılaşdıq", - o deyib.

Nəşr edilib : 29.08.2025 15:09