NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Özbəkistanda TDT ölkələrinin gənclər və idman siyasəti müzakirə olunub

...

Türk Dövlətləri Təşkilatının (TDT) Gənclər və İdman Nazirləri Şurasının 9-cu iclası çərçivəsində Özbəkistan İdman Nazirliyində ekspert konfransı keçirilib.

"Şərq qapısı"özbək mediasına istinadla xəbər verir ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin nazirlik və qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə iştirakçı ölkələr arasında idman və gənclər siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsi, uzunmüddətli razılaşmaların əldə edilməsi, iri idman tədbirlərinin təşkili, yeni perspektivli layihələrin işlənib hazırlanması və həyata keçirilməsi kimi məsələlər müzakirə olunub. Qeyd edilib ki, bu yaxınlarda Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşündə diqqət mərkəzində olan məsələlərdən biri də gənclər siyasəti olub.

Konfrans iştirakçıları konkret təkliflər və layihələr ətrafında fikir mübadiləsi aparıb, TDT ölkələrində keçiriləcək idman tədbirləri, habelə gənclərin forumlarının təşkilində türk dövlətlərinin müvafiq qurumlarının sıx qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.

Nəşr edilib : 17.10.2025 11:03