Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması və ölkəmizdə keçiriləcək COP29 tədbirləri çərçivəsində 28 sentyabr tarixdə Ordubad rayonu ərazisində salınan yaşıllıq sahələrində növbəti abadlıq işləri həyata keçirilib. Görülən işlər nəticəsində yaşıllıq əraziləri və yol kənarında olan alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, ağac və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Arxlar təmizlənərək ağac dibləri yumşaldılıb. Tullantılar ərazidən götürülməklə yanaşı, bağ və parklarda suvarma işi aparılıb.
Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və yaşıllıq zolaqlarının bərpası istiqamətində həyata keçirilən abadlıq işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.
Digər xəbərlər