NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Ordubad şəhərindəki Cümə məscidində aparılan təmir-bərpa işləri yekunlaşır

...

Ordubad şəhərində yerləşən Cümə məscidində təmir və bərpa işləri aparılır. Bu işlər çərçivəsində məscidin həm xarici görünüşü, həm də daxili tərtibatı yenidən qurulur. Məscidin memarlıq üslubuna uyğun olaraq bərpa edilən detalları tarixi abidənin əzəmətini qoruyaraq müasir dövrün tələblərinə cavab verəcək şəkildə yenilənir. Xüsusilə məscidin içərisində aparılan yekun tamamlama işləri, məkanın estetik və funksional tələblərinə cavab verərək ibadət edənlər üçün rahat mühitin yaradılmasına yönəlib.
Həmçinin məscid ətrafında hamarlama və asfalt işləri də görülür ki, bu da həm məscidə, həm də onun ətrafındakı tarixi və ictimai əhəmiyyətə malik məkanlara rahat və təhlükəsiz giriş-çıxışı təmin edəcəkdir. Məscid ətrafının abadlaşdırılması Ordubadın ümumi tarixi atmosferinə uyğun həyata keçirilir və gələcəkdə şəhərin ümumi infrastrukturuna müsbət təsir göstərəcəkdir.
Həyata keçirilən təmir-bərpa işləri, Ordubadın zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşr edilib : 15.10.2024 13:22