Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Əvvəlcədən məlumat verildiyi kimi sentyabrın 19-da muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub.
Düşən yağışın miqdarı Naxçıvan şəhərində 2 mm, Sədərəkdə 17 mm, Şərurda 8 mm, Kəngərlidə 6 mm, Şahbuzda 4 mm, Ordubadda 4 mm, Culfada 3 mm, Parağaçayda (Ordubad) 17 mm, Axurada (Şərur) 12 mm, Küküdə (Şahbuz) 7 mm, Biçənəkdə (Şahbuz) 6 mm olub.
Sentyabrın 20-si saat 07:00-a olan məlumata əsasən muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
3800-3900 metr yüksəklikdə qarın hündürlüyü 15 sm-ə çatıb.
Digər xəbərlər