NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Ordubad rayonu və Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq

...

Bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz və Tivi kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək Naxçıvan şəhəri, Xətai məhəlləsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Nəşr edilib : 30.09.2026 14:06