NAXÇIVAN :

03 May 2026, Bazar

On bir ayda əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib.

"Şərq qapısı" xəbər verir ki,Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 6 min 200-ü təkərli oturacaq (o cümlədən 179-u mühərrikli təkərli oturacaq), 2 min 300-ü aşağı və yuxarı ətraf protezi, 6 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 9 min 800 cüt protez və yarım cüt ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 505 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 11 ayında əlilliyi olan 13 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Nəşr edilib : 18.12.2025 11:26