NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Ombudsman: Sağlam ətraf mühitdə yaşamaq hüququ vətəndaşların sosial mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsb edir

...

“Azərbaycan Konstitusiyasının müvafiq maddəsi hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnu təsbit edir. Bu hüququn təmin olunması insanlar üçün normal və təhlükəsiz həyat şəraitinin yaradılması, habelə digər hüquq və azadlıqlarının reallaşdırılmasında əsas şərtlərindən biri kimi çıxış edir”.

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

S. Əliyeva qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ vətəndaşların sosial mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsb edir.

“Son illər dünyada gedən ictimai-siyasi proseslər, informasiya texnologiyaları sahəsində inqilab cəmiyyətlə təbiət arasında ziddiyyətlərin pik həddə çatmasına səbəb olub. Ekoloji problemlər müharibə problemindən sonra dünyada birinci sırada dayanır. Ekologiyanın qorunub saxlanması vacib şərt olaraq bəşəriyyət qarşısında həllini gözləyən vəzifələrdən biridir. Torpaq, su və meşə ehtiyatlarının qorunması, ekoloji dayanıqlığın təmin edilməsi zəruri məsələlərdir.

İqlim dəyişikliyi ilə mübarizədə çox vacib təşəbbüs olan COP tədbiri xüsusi əhəmiyyət kəsb edir. Cari ildə Azərbaycanın bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın ən bariz nümunəsidir”, - deyə Ombudsman qeyd edib.

 

 

Nəşr edilib : 06.09.2024 11:35