NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Omanın APA-ya tamhüquqlu, Belarusun isə müşahidəçi üzv statusu təsdiqlənib - YENİLƏNİB

...

Oman Sultanlığına Asiya Parlament Assambleyasında (APA) tamhüquqlu, Belarusa isə müşahidəçi üzv statusunun verilməsi təsdiqlənib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı APA-nın Bakıda keçirilən 15-ci Plenar Sessiyasında qərar qəbul edilib.

10:18

Oman Asiya Parlament Assambleyasına (APA) tamhüquqlu üzv, Belarus isə müşahidəçi kimi qatıla bilər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində məlumat verib.

Onun sözlərinə görə, hər iki ölkə bununla bağlı fevralın 18-də quruma müraciət edib:

“Müraciətlərə müsbət cavab veriləcəyinə ümid edirəm”.

Nəşr edilib : 19.02.2025 15:18