Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjin...
14:01 03.02.2025
0
0
0
Şəmkir Olimpiya İdman Kompleksində şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının seçmə yarışlarına yekun vurulub. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan mübarizdə 20 şəhər və regiondan 230 yeniyetmə iştirak edib.
Bu mərhələdə Naxçıvandan 17 şahmatçı ölkə birinciliyinə keçid uğrunda mübarizə aparıb. Onlardan 5-i istəyinə çata bilib. Təmsilçilərimizdən 2-si birinci, 2-si ikinci və 1-i üçüncü yerin sahibi kimi birinciliyin əsas mərhələsinə adlayıb.
Uğur Qəribli 8 yaşlılarda, Bəxtiyar Cəfərli isə 10 yaşlılarda bütün rəqiblərini geridə qoyaraq birinci yerin sevinci yaşayıblar. Amin Mirzəzadə (U8) ilə Mirsaleh Seyidli (U16) ikinci olublar. 16 yaşadək şahmatçılar arasında çıxış edən digər təmsilçimiz Zaur Babayev isə üçüncü yerə sahib çıxıb.
Əlavə edək ki, daha bir istedadlı şahmatçımız Yasin Əzimov son ölkə çempionu kimi birbaşa final mərhələsində çıxış etmək hüququna malikdir.
Digər xəbərlər