NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Ölkə birinciliyinə Naxçıvandan qoşulacaq komanda bəlli olub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu üzrə ölkə birinciliyinin Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsi reallaşıb.
Tədbirdə çıxış edənlər “Sərhəd” hərbi-idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rolundan bəhs edib, komandalara uğurlar arzulayıblar.
Qiymətləndirməyə əsasən ən yüksək göstərici Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinə məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Ordubad rayon Dəstə kənd tam orta məktəbi ikinci,  Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbi isə üçüncü olub. İlk üçlükdəki komandalara diplom təqdim olunub.

Nəşr edilib : 19.04.2025 11:49