Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi Nuray Əliyeva “Tərəqqi” medalı ilə təltif olunub.
Nuray Əliyeva təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb. Bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağı onun üçün böyük qürurdur: "Məni bu yüksək mükafata layiq gördüyünə görə ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Bu mənim gələcək elmi fəaliyyətim üçün böyük bir stimuldur. Belə bir ali mükafata layiq görülməyim təkcə bir nəfərin deyil, bütövlükdə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, o cümlədən bütün elm adamlarının elmi fəaliyyətinə dövlət qayğısının bariz nümunəsidir. Bu ali təltif elm sahəsində uzun illər ərzində göstərdiyim fəaliyyətin, Azərbaycan dilçiliyinin inkişafına xidmət yolunda sərf etdiyim əməyin yüksək qiymətləndirilməsinin təzahürüdür. Dövlətimiz tərəfindən belə diqqət və qayğı görmək hər bir vətəndaş üçün həm mənəvi mükafat, həm də məsuliyyətin daha da artması deməkdir".
Nuray Əliyeva qeyd edib ki, cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmiz sürətlə inkişaf edir, milli kimliyimiz, dilimiz, elmimiz və mədəniyyətimiz hər sahədə dövlət səviyyəsində qorunur və təşviq olunur.
"Ölkəmizdə həyata keçirilən siyasətin əsasında vətəndaşa, onun əməyinə və yaradıcılığına verilən yüksək dəyər dayanır" , – deyən Nuray Əliyeva göstərilən etimaddan güc alaraq daha əzmlə çalışacağını bildirib: "Bu mükafat mənim üçün yalnız keçmiş fəaliyyətimin qiymətləndirilməsi deyil, həm də gələcək işlərimdə daha yüksək nəticələr əldə etməyə, ölkəmizin inkişafına daha böyük töhfə verməyə bir çağırışdır. Qarşıdakı illərdə də dövlətimizin etimadını doğrultmaq, elmin inkişafına xidmət etmək üçün bütün bilik və bacarığımı səfərbər edəcəyəm. Azərbaycan dövlətinin möhkəmlənməsi, xalqımızın rifahı və milli dəyərlərimizin qorunması naminə var gücümlə çalışacağam. Bu yüksək mükafat mənim üçün həm böyük fəxrdir, həm də əbədi məsuliyyətdir. Dövlətimizin göstərdiyi etimadı doğrultmaq və bu etimadı əməli işlərimlə təsdiqləmək üçün səylərimi əsirgəməyəcəyəm".
Digər xəbərlər