Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 51 nəfərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təşkil olunub. Proqram çərçivəsində ittifaq üzvləri xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər. Həmçinin onlar üçün maraqlı intellektual bilik yarışı, şahmat, tennis və digər əyləncəli oyunlar da təşkil edilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirə bilərlər.
Digər xəbərlər