Gürcüstanda ilk azərbaycanlı qadın deputat haqqınd...
00:03 05.08.2026
0
0
0
NAXÇIVAN :
05 Avqust 2026, Çərşənbə
“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi növbəti beynəlxalq uğura imza atıb.
“Şərq qapısı” xəbər verir ki, filmin rejissoru Babək Abbaszadə İtaliyada keçirilən Braççiano Film Festivalında “Ən yaxşı qısametrajlı sənədli film rejissoru” (Best Director – Short Documentary) nominasiyasının qalibi olub.
1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən “Nəsil yaddaşı” filminin əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailəsinin keçmişini araşdırır. Filmdə arxiv materialları və tarixi xəritələrdən də istifadə olunub.
“Nəsil yaddaşı” filmi daha əvvəl Pakistanın Peşəvər Beynəlxalq Film Festivalı və “Iconic Indie Film Awards” festivallarında “Ən yaxşı sənədli film” mükafatlarına layiq görülüb. Film, həmçinin İtaliyanın “Rome Prisma Film Awards”, “Ischia Global Film Festival”, Türkiyənin “Golden Bridge Istanbul Short Film Festival”, “Anatolia International Film Festival”, Ukraynanın “Symbiotic Film Festival”, Ekvadorun “San Antonio Independent”, Uruqvayın “Montevideo World” və Nigeriyanın “Rivers International” film festivallarının əsas müsabiqə proqramlarında nümayiş olunub.
Sənədli filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirovdur.
Filmin istehsalına postprodakşn dəstəyi Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən göstərilib.
Digər xəbərlər