Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
10-17 oktyabr 2024-cü il tarixlərində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir. Bu yarmarkanın keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsidir, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır. Belə istedadlı qadınlardan biri də illədir ki ağacoyma ustası kimi fəaliyyət göstərən Afət Həşimovadır. Müsahibim Afət xanım deyir ki, mən 2002-ci ildən bəri nəqqaşlıq sənəti ilə məşğul oluram. Bu dekorativ-tətbiqi sənət növü ilə
taxta üzərində müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürəm.
Muxtar Respublikanın yaranmasının 100-illiyinə həsr olunmuş sərgi-satış yarmarkasında sevgi ilə, əməklə hazırladığım 20 əl işim nümayiş olunub. Bu əl işlərindən artıq bir neçəsi alıcıların marağına səbəb olaraq satılıb. Biz yaradıcı qadınlar üçün yaradılan bu şərait qadınların iqtisadiyyatda, mədəniyyətdə və cəmiyyətdə daha fəal iştirakında böyük rol oynayır. Bu istiqamətdə atılan addımlar qadınların daha da böyük uğurlar əldə etməsinə kömək edir. Buna görə də sərgi-satış yarmarkasının təşkilində iştirak edən hərkəsə bütün yaradıcı qadınlar adından minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, sərgi- satış yarmarkası oktyabr ayının 17-nə dək davam edəcək.
Aygün Rüstəmova
Digər xəbərlər