Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Tanrının qüdrətindən doğan möcüzədir qadın. O, kainatın incə, zərif, ecazkar yaradıcılıq əsəridir. Qadın bəşəriyyətə həyat verən, sevgi ilə bəsləyən, mərhəmətlə yaşadan bir nur mənbəyidir. Qaranlığa işıq, ümidsizliyə inamdır qadın. Varlığında daim bir eşq, ülviyyət çağlayır, yaşam boyu düşüncəsinin işığında yaratmaq, yaşatmaq zəhməti, sevgisi ilə çırpınır özünün mərhəməti, şəfqəti, dəyanəti ilə aliləşir. Varlığın zirvəsi olan qadın, təkcə həyatın davamı deyil, o həm də tarixin, mədəniyyətin, dövlətçiliyin, azadlığın və qəhrəmanlığın bünövrəsidir.
Azərbaycan qadını cəmiyyətin hər sahəsində öz möhürünü vuran qüdrətli bir simadır. Onun məğrurluğu bu torpağın hər qarışına hopub. O namus və ismətin aynasıdır. İffəti ilə parlayan bir ulduz, ləyaqəti ilə yol göstərən bir çıraqdır. Onun dəyəri öz varlığının dərinliyindədir. O, pak düşüncənin, təmiz ruhun təcəssümüdür. O, şəhid analarının timsalında səbir, dəyanət rəmzi, qazi xanımlarının timsalında məlhəm, şəfqət dolu qəlbdir. Azərbaycan qadını mətinliyini, təmkinini, dözümünü oğullarını qarşılayan zaman bir ağızdan “Vətən sağ olsun!” – deyəndə bir daha sübut etdi.
İsmətinə, zərifliyinə, mətinliyinə, heyranlıq duymamaq mümkün deyil hünər, cəsarət mücəssəməsi Azərbaycan qadınının! Odur dünyaya Tomrisin timsalında sərkərdə, Sara xatının timsalında diplomat qadın nümunəsi! Ədəb, mərifət və ədalətlə taxta ucalan Şirin, Məhin banu, Nüşabə! Döyüş meydanına cəngavərtək atılan vətənpərvər Burla xatın, Banuçiçək! Qadınların azadlıq hüququnu tərənnüm edən ziyalı Məhsəti Gəncəvi! Fətəli xanın sədaqətli həyat yoldaşı vəfadar Tuti Bikə! Zamanın gərdişini, tarixin gedişatını dəyişən, Azərbaycan qadınına ehtiramın ifadəsi olaraq şərəfinə Şərqdə ilk abidə ucaldılan Möminə xatın! Şuşada ədəbiyyat məclisinin yaradıcısı, xeyirxah Xurşidbanu Natəvan! Döyüş meydanında qoç Koroğlunun silahdaşı, qeyrət qalası Nigar! Qaçaq Nəbinin dayağı, şücaətli, qoçaq Həcər! Bizim tarixi irsimizdir əfsanəyə çevrilərək təfəkkürümüzə hopan mərd Azərbaycan qadınları... Onlar Azərbaycan qadınının uca adının unudulmaz müəllifləridir.
Bu gün bu ali duyğuları, müsbət əxlaqi keyfiyyətləri, nəcib xüsusiyyətləri özündə təcəssüm etdirən bir xanımlar xanımı var! Çağdaş zamanımızın Nigarı, Həcəri, Tomrisi, Sara xatını! Banuçiçəyi, Burlaxatını! Şirini, Nüşabəsi, Möminə xatını! O dünya xanımlarına örnəkdir! Kiçikdən-böyüyə hər kəsin könlündə taxt quran, xeyirxah əməlləri ilə ürəklərdə dərin məhəbbət qazanan, özünün ifadəsi ilə desək, “Bizim Mehribanımız...” Xalqa müraciətinin sonunda “Sizin Mehriban” imzasını qoyan Mehriban xanım Əliyeva bu ifadə ilə yurdunun insanlarına öz doğmalığını, mehribanlığını göstərib. Onu xalqa sevdirən təkcə sadəliyi, səmimiyyəti, təvazökarlığı deyil. O həm də insanların qayğıları ilə maraqlanan, gün-güzəranına biganə qalmayan xalq himayədarı kimi hər kəsin sevimlisinə çevrilib, xalqın mənəvi dostu olub.
Şəhid ailələrinə, qazilərə diqqət, yaşlılara qayğı, hörmət, uşaqlara mehr-məhəbbət, qadınlara dəstək Azərbaycan qadınının şəfqətinin nəcib göstəricisi kimi Mehriban xanımın milli xarakteri fonunda inikas olunub. Onun müsbət insani keyfiyyətləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq qeyri-mümkündür. Son dərəcə qiymətli keyfiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyeva cəsur, mərd ürəkli qadın, sədaqətli həyat yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, həm də səriştəli, məharətli, nümunəvi, uzaqgörən ictimai xadimdir.
Deyirlər, “Hər uğurlu kişinin arxasında ağıllı bir qadın dayanır”. Mehriban xanım da məhz belə qadınlardandır. O ən çətin situasiyalarda dövlət başçımızın yanında olub, xalqın qalib liderinin böyük məsuliyyətinin icrasında ona dəstək göstərib. 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə aparan təlatümlü yollarda Mehriban xanım Əliyeva ölkə Prezidenti ilə çiyin-çiyinə dayanıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizə baxış zamanı, yenidənqurma işləri ilə tanış olarkən daim xanım Əliyeva ilə yan-yana olub, bu mühüm səfərlərdə onunla birgə böyük işlərə imza atıb. Çünki Azərbaycanın Zəfər zirvəsinə ucalmağında onun əvəzedilməz xidmətləri var. İşğaldan azad torpaqlarımız üçün ən böyük siyasi mücadilələrdən birini məhz birinci xanım verib. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında və haqlı tərəfin sübut və faktlarla nümayişinin altında Mehriban xanım Əliyevanın böyük imzası var.
...Atalar deyib ki, qadın olan yer cənnətə bərabərdir. Harada ki, qadın var, orada səadət var, sülh, sabitlik, əmin-amanlıq, isti ocaq var! Qoy isti ocağımız sönməz, əbədi məşələ çevrilsin! Adı daim uca tutulan, müqəddəs amal və ideya uğrunda vuruşan, ən ağır vəziyyətlərdə belə sarsılmayan, mətanət və mərdlik rəmzi olan iradəli Azərbaycan qadını bəşəriyyət naminə ruhunda daşıdığı məsuliyyət hissi, mərhəmət, vəfa, etibar, duyğuları, ən gözəl geyimi olan isməti, namusu, qeyrəti ilə daim zirvələrə ucalsın!
Gülcamal TAHİROVA
Digər xəbərlər