Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə rəsmi görüş keçirilib və tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müzakirələr zamanı ali təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın perspektiv istiqamətləri geniş şəkildə nəzərdən keçirilib. Xüsusilə universitetlər arasında birgə Süni İntellekt Mərkəzinin yaradılması əsas prioritetlərdən biri kimi ön plana çıxıb. Bununla yanaşı, tələbələrin Pekin Kimya Texnologiyaları Universitetində istehsalat və təcrübə proqramlarında iştirakının təmin olunması, eləcə də həmin universitetin professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə dəvət edilərək tədris prosesində iştirakı məsələləri diqqət mərkəzində olub.
Digər xəbərlər