NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

NDU-nun rektoru Elbrus İsayev EMSA Buxarest Tvinninq Mübadilə proqramı vasitəsilə Rumıniyaya gedəcək tələbələri qəbul edib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev EMSA Buxarest Tvinninq Mübadilə proqramı vasitəsilə Rumıniyaya gedəcək 11 tələbəni qəbul edib.

Görüşdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, İnsan resursları və hüquq şöbəsinin müdiri Əziz Qasımov, Tədris departamentinin direktoru Şahin Əliyev, NDU-nun EMSA üzvü olan Tibb fakültəsinin “
Müalicə işi ixtisası üzrə tələbələri iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının yerli və xarici universitetlərlə əlaqələrindən danışıb. Bildirib ki, bağlanan  əməkdaşlıq müqavilələri, mübadilə proqramları  vasitəsilə müəllim və tələbələrin xarici universitetlərdə bir müddətlik təhsil və fəaliyyətini davam etdirmə, təcrübə və dərs keçməsi təmin edilir. Rektor vurğulayıb ki, burada da əsas məqsəd təhsildə daha keyfiyyətli və innovativ yanaşmaları tələbələrə öyrətmək, digər universitetlərin proqramlarından istifadə edərək daha yaxşı mütəxəssis kimi formalaşmalarına imkanlar yaratmaqdır. Bu əsasda mübadilə proqramı tələbələrə böyük fürsətlər təklif edir.

Görüş tələbələrlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib. 

Sonda rektor Elbrus İsayev tələbələrə öz tövsiyələrini söyləyib, elmi nailiyyətlər arzu edib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin EMSA (Avropa TibbTələbələriTəşkilatı) üzvü olan Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə təhsil alan tələbələr beynəlxalq mübadilə proqramı çərçivəsində “Carol Davila" Tibb və Əczaçılıq Universitetində olacaqlar. Mübadilə proqramı 22-29 mart 2025-ci il tarixlərini əhatə edəcək.  İrəlidəki 6-13 may 2025-ci il tarixlərdə isə mübadilə proqramına uyğun olaraq Buxarestdən 11 tələbənin NDU-ya gəlməsi gözlənilir.

Nəşr edilib : 13.03.2025 20:34