NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Nazirin “Finansist” jurnalında müsahibəsi dərc olunub

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təsis etdiyi “Finansist” maliyyə məlumat jurnalının "Bizim mühasib" rubrikasına qonaq olub. Jurnalın üz qabığında yer alan nazir müsahibəsində maliyyə idarəçiliyindəki uğurlu təcrübələr, Naxçıvanda həyata keçirilən islahatlar və bölgənin iqtisadi inkişaf prioritetləri haqqında ətraflı məlumat verib. Maliyyə naziri, həmçinin maliyyə şəffaflığı, resursların səmərəli idarə olunması və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində atılan addımlardan danışıb.
Naxçıvanda mühasibatlıq və audit sistemində baş vermiş yeniliklərdən danışan nazir "Mühasibatlıq və audit sahəsində tətbiq olunan yerli tənzimləyici aktlar və beynəlxalq standartların tətbiqi, xüsusən də auditor xidmətlərinin keyfiyyətinin artırılması qarşıya qoyulmuş əsas hədəflərimizdəndir", – deyə qeyd edib.
Ötən ay London şəhərində keçirilən Beynəlxalq Sammitdə iştirakından, layiq görüldüyü "LUCA 2024" mükafatından danışan Həsən İsmayılov "...beynəlxalq mükafata layiq görülsək də, düşünürəm ki, hələ qarşımızda ciddi işlərimiz var, daha yaxşı nəticələrə çatmaq üçün var gücümüzlə çalışmalıyıq" ,– deyə vurğulayıb.
Qeyd edək ki, oxucular "apfm.az" saytında jurnalın noyabr sayı ilə tanış ola, müsahibəni ətraflı oxuya bilərlər.

Nəşr edilib : 09.12.2024 16:18