NAXÇIVAN :

03 May 2026, Bazar

Nazir: Minimum əməkhaqqını 130 manatdan 400 manata çatdıra bilmişik

...

Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik.

"Şərq qapısı" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında deyib.

Minimum əməkhaqqının mütəmadi olaraq artırılmasının təmin edildiyini deyən nazir bildirib: “Ötən müddət ərzində biz bunun 3,1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqının məbləği 130 manat idi”.

Nəşr edilib : 02.12.2025 17:00