Naxçıvanda magistral yolda qəza baş verib
22:16 13.03.2025
0
0
0
"PAŞA Holding" tərəfindən reallaşan "Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində Novruz və Ramazan bayramları ərəfəsində şəhid övladlarına bayram hədiyyələri çatdırılıb.
Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsin əməkdaşları şəhid ailələrinin evlərinə gedərək onlara bayram sovqatlarını təqdim edib, ailələrin qayğıları və ehtiyacları ilə maraqlanıblar.
Bildirilib ki, “Naxçıvanpoçt” rəhbərliyi bu kimi sosial dəstək tədbirlərini davam etdirərək şəhid ailələrinə hər zaman dəstək olacaqlar.
Layihənin məqsədi Vətənin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə dəstək olmaq, onlara diqqət və qayğı göstərməkdir. Bu il Naxçıvanda yaşayan onlarla şəhid ailəsinə bayram sovqatları çatdırılıb.
"Vətən əmanətlərin keşiyindədir" layihəsi şəhid ailələrinə mənəvi və sosial dəstək istiqamətində aparılan əhəmiyyətli təşəbbüs olmaqla yanaşı, ictimaiyyətdə Vətənə sevgi və birlik ruhunun daha da gücləndirilməsinə töhfə verir.
Digər xəbərlər