Azərbaycan və Belarus parlamentləri arasında əlaqə...
17:07 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi “Azərpoçt” MMC ilə birgə beynəlxalq pul köçürmələri sistemi ilə əməkdaşlığı genişləndirir. Həyata keçirilən tədbirlər nəticəsində yaxın vaxtlarda müəssisə “Zolotaya Korona” beynəlxalq pul köçürmələri sisteminə qoşularaq ödənişlərin milli valyutada ödənilməsini təmin edəcəkdir.
Bu istiqamətdə artıq sürətli test işləri aparılır və texniki məsələlər həll edilir.
Məlumat üçün bildirilir ki, “Zolotaya Korona” pul köçürmə sistemi olub, hesab açmadan sürətli şəkildə bir çox ölkələrə rahat və səmərəli transfer xidmətləri təklif edir. Bu sistem, muxtar respublikada istifadəçilərə onlayn və ya xidmət məntəqələrində nağd pul ilə köçürmələr etməyə imkan verəcək. Həmçinin, istifadəçilər mobil tətbiqetmə və ya veb-sayt interfeysi vasitəsilə vəsaiti qəbul edən şəxsin məlumatlarını və ödəniş məbləğlərini daxil etməklə yanaşı, məlumatlarını dəyişdirmək və ya transferi ləğv etmək kimi tənzimləmələri də edə bilərlər.
Ucqar kənd yerlərində bank və maliyyə xidmətlərinin məhdud olması poçtun əhəmiyyətini artırır. Belə ərazilərdə insanların maliyyə xidmətlərinə, ödənişlərə və əsas kommunikasiya vasitələrinə çıxışını təmin etmək üçün poçt müəssisələri vacib rol oynayır. Belə ki, Naxçıvan Muxtar Respublikasının təyin olunmuş poçt operatoru “Naxçıvanpoçt” əhalinin maliyyə xidmətlərinə çıxışını genişləndirmək məqsədilə, beynəlxalq pul köçürmələrini də daxil etməklə, xidmətlərini artırmağa davam edir.
Naxçıvan Muxtar Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti
Digər xəbərlər