Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi...
17:52 20.08.2026
0
0
0
Turizm sənayesinin inkişafına yönəlmiş innovasiya müsabiqələri təşkil olunacaq və seçilmiş pilot layihələrə dəstək göstəriləcək.
"Şərq qapısı" xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Tədbirin əsas icraçıları Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər icraçısı isə İqtisadiyyat Nazirliyidir. Dəstəyin 2027–2029-cu illərdə həyata göstərilməsi nəzərdə tutulur.
İlkin mərhələdə turizm sənayesinin innovasiya ehtiyacları müəyyənləşdiriləcək, innovasiya müsabiqəsinin keçirilmə qaydaları və seçim meyarları hazırlanacaq.
Növbəti mərhələdə turizm sahəsində innovasiyaların tətbiqi üçün maliyyə dəstəyi mexanizmləri hazırlanacaq.
Beləliklə, turizm innovasiya proqramı həyata keçiriləcək və 2027-2029-cu illər ərzində 3 layihənin uğurla tətbiq edilməsi təmin olunacaq.
Digər xəbərlər