Heyvanların identifikasiyası nə üçün vacibdir?...
17:29 20.08.2026
0
0
0
Turizm sahəsinə aid ixtisaslar üzrə təhsil proqramlarının beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər planında qeyd olunub.
2026–2030-cu illər ərzində turizm sahəsində beynəlxalq təcrübənin və əmək bazarının tələblərinin öyrənilməsi, mövcud təhsil proqramlarının 30 faizinin beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılması, təsdiq və tətbiq edilməsi planlaşdırılır.
Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyi, digər icraçılar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Turizm Agentliyidir.
Xatırladaq ki, avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Digər xəbərlər