NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanlı idmançı MDB Oyunlarının mükafatçısı olub

...

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında millimizin heyətində çıxış edən Haqverdi Həsənov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb. 

Qeyd edək ki, bu, Haqverdinin il ərzində qazandığı dördüncü nailiyyətdir. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnir qalibi olmuşdur.

Nəşr edilib : 06.10.2025 09:28