Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
Naxçıvanda orta təhsilin yaranması və inkişafında xidmətləri olan Mirzə Məhəmməd Zamanbəylinin anadan olmasından 165 il ötür.
"Şərq qapısı" xəbər verir ki, o 1860-cı il avqustun 1-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olub. Qori Müəllimlər Seminariyasının ilk azərbaycanlı məzunlarından biri kimi təhsil alan Zamanbəyli maarifçi-messenant və xeyriyyəçi kimi tanınıb. O öz vəsaiti hesabına Şahbuzda yeni məktəb binası inşa etdirib, təhsilin inkişafı üçün “Xeyriyyə” cəmiyyətini yaradıb və əldə olunan gəlirləri kasıb, kimsəsiz uşaqların təhsilinə sərf edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sahəsində fəal rol oynayan Mirzə Məhəmməd Zamanbəyli Maarif Şurasının üzvü olub, təhsil islahatlarının həyata keçirilməsinə çalışıb və Bakı Dövlət Universitetinin yaradılmasında iştirak edib. Onun fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmayıb, o, maarifçilik ideyalarının yayılması, milli təhsil sisteminin formalaşması və gənc nəslin savadlanması üçün böyük səylər göstərib.
1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar təqiblərə məruz qalıb, amma maarifçilik yolundan dönməyib. 1923-cü ildə vəfat edən Mirzə Məhəmməd Zamanbəyli Azərbaycan təhsil tarixində əvəzsiz xidmətləri ilə xatırlanır.
Digər xəbərlər