NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

NDU-nun müəllimi Elman Cəfərov vəfat edib

...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi, Təsviri incəsənət kafedrasının müəllimi, heykəltaraş-rəssam Elman Cəfərov dünyasını dəyişib.
Elman Cəfərov 05.07.1951-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Rəssam Naxçıvan və İran şəhərlərində bir sıra monumental heykəltaraşlıq əsərləri ilə tanınıb. Həmçinin Naxçıvan Rəssamlar Birliyinin və beynəlxalq sərgilərin fəal iştirakçısı olub.
Elman Cəfərovun əsərləri Naxçıvan Dövlət Tarix Muzeyi, Rəsm Qalereyası, Hüseyn Cavidin Ev-Muzeyi və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Allah rəhmət etsin.

Nəşr edilib : 14.11.2025 21:23