Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyəti...
10:26 19.04.2026
0
0
0
Sərhədçi İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında çempionat və birincilik keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və “Xüsusi təyinatlı” idman klubunun təşkilatçılığı ilə baş tutan turnirdə 44 klub və 400-ə yaxın idmançı iştirak edib.
Turnirdə Naxçıvan Muxtar Respublikasını iki komanda təmsil edib. “Ləvənt Bulut” döyüş klubu 8 qələbə sayı ilə komanda hesabında üçüncü yerə sahib çıxıb və kubokla mükafatlandırılıb. “Naxçıvan-Şərur” idman klubunun iki idmançısı isə üçüncü yerə layiq görülüb.
Məşqçi Etibar Qəribovun rəhbərlik etdiyi “Ləvənt Bulut” döyüş klubundan Uğur Əliyev (71 kq) gənclər, Zenfira Məmmədli (56 kq), İbrahim Bağırlı (60 kq) yeniyetmələr, Uğur Abbasov (52 kq), Hüseyn Behbudov (37 kq), Rəşid Quluzadə (30 kq), Turan Abbasov (32 kq) və Nurlan Rzazadə (37 kq) isə kadetlər arasında birinci yerə sahib olublar. Nuray Seyidova (yeniyetmələr, 42 kq) və Əli Fətullayev (kadetlər, 37 kq) isə yarışı ikinci yerdə tamamlayıblar. “Naxçıvan-Şərur” idman klubundan Ayşən Əbilova (yeniyetmələr, 56 kq) və Səma Hüseynova (kadetlər, 36 kq) üçüncü olublar.
Turnirdə, həmçinin “Naxçıvan-Şərur” idman klubunun məşqçisi Kazım Cabbarova federasiya tərəfindən qeydiyyatın təsdiqi ilə bağlı sertifikat təqdim olunub.
Digər xəbərlər