David Babayandan etiraf: Sadə pasportlarımız kimi,...
21:05 07.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi
Müasir dövrdə şəhərlərin sürətli inkişafı fonunda ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi mühüm əhəmiyyət kəsb edir. Şəhər mühitində yaşıllıqların artırılması həm insanların sağlamlığı, həm şəhərin ekoloji davamlılığı, həm də estetik görünüşü baxımından prioritet məsələlərdən biridir.
Yaşıllıqlar, parklar, bağlar, ağaclıq sahələr və digər yaşıl zonalar şəhər sakinlərinin istirahəti, havanın təmizlənməsi, səs-küyün və istiliyin azaldılması kimi funksiyaları yerinə yetirir. Həmçinin yaşıllıqların çoxluğu şəhər mikroiqlimini yaxşılaşdırır, stresin azalmasına və ümumi həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur. Bu məqsədlə ölkəmizin bütün bölgələrində olduğu kimi, muxtar respublikamızda da şəhərsalma siyasətində yaşıllığın artırılması və qorunması istiqamətində mühüm addımlar atılır. Yeni ağacların əkilməsi, mövcud yaşıllığın qorunması və aid təşkilatların bu prosesə cəlb edilməsi dayanıqlı şəhər inkişafının vacib komponentlərindəndir.
Nəticə etibarilə, şəhərdə yaşıllıqların artırılması ekoloji təhlükəsizliyin təmin olunmasına, iqlim dəyişikliklərinin təsirinin azaldılmasına və gələcək nəsillər üçün daha sağlam yaşayış mühitinin yaradılmasına xidmət edir.
Naxçıvan şəhərində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə son günlərdə genişmiqyaslı ağacəkmə işlərinin həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin mərkəzi küçələrində uzunömürlü, iqlimədavamlı, estetik görünüşü gözəl olan, bir neçə ildən sonra şəhərimizin görünüşünü müsbət mənada tamamilə dəyişəcək və bol oksigen istehsal edəcək “Qırmızı Kitab”a daxil edilmiş Xan çinarı, həmçinin akasiya ağaclarının əkilməsi çox sevindirici və təqdirəlayiq haldır.
Həyata keçirilən bu işlər Naxçıvan şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, şəhər sakinlərinin sağlam və müsbət aurada yaşamasına, həmçinin şəhərimizə gələn qonaqlarda xoş təəssüratların yaranmasına əsaslı töhfə verəcəkdir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər