Sahibə Qafarova: Azərbaycan ilə Çin parlamentləri ...
19:36 12.03.2025
0
0
0
NAXÇIVAN :
12 Mart 2025, Çərşənbə
Bu mərkəz abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və həmçinin İKT və internet resurslarından istifadə imkanı olmayan vətəndaşlar üçün də müvafiq köməklik göstərilməsi məqsədilə yaradılıbdır. Bu qurumun fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq üçün Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həmidə Qoçəliyevaya müraciət etdik. O bildirdi ki, muxtar respublikanın bütün rayonlarının Təhsil şöbələrində abituriyentlərə dəstək mərkəzi fəaliyyət göstərir. Bölgələrdə dəstək mərkəzlərinin yaradılmasında əsas məqsəd vətəndaşların uzun yol qət etmədən yaşadıqları əraziyə yaxın mərkəzlərdə qarşılarına çıxan problemlərin həlli istiqamətində köməklik almasından ibarətdir.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzində də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən vətəndaşlara qeyd olunan xidmətlər üzrə köməklik göstərilir. Təhsil şöbələrində fəaliyyət göstərən mərkəzlərdən əlavə tabe ümumitəhsil müəssisələrində də cari ilin məzunları üçün müvafiq köməklik göstərilir. Müsahibimizin sözlərinə görə, fevral ayının 20-dən martın 5-dək Naxçıvan Şəhər Təhsil Şöbəsində yaradılan mərkəz üzrə ali təhsil və tam orta təhsil bazasında 62, ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə 15 olmaqla, 77 abituriyentə qeydiyyat prosesində müvafiq köməklik göstərilmişdir. I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci və 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı və ixtisas seçimi mərhələsi həyata keçirilən müddət ərzində mərkəz öz fəaliyyətini davam etdirəcək.
Həmidə xanım diqqətimizə çatdırdı ki, 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilən proses elektron ərizələrin təsdiqi mərhələsidir. Bu mərhələdə qarşıya çıxan ən əsas problemlərdən biri əvvəlki illərdə “Şəxsi kabinet” yaratmış abituriyentlərin kabinetin şifrəsinin unudulması və ya itirilməsi ilə bağlı qarşıya çıxan problemlərdir.
Ali təhsil müəssisəsinə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimi də bir o qədər vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki bugünkü seçimi hər bir gəncin gələcək həyatına təsir edir. Bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hara uyğundursa, heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Bu zaman ehtiyatlı davranmalı və yaxşı araşdırma etməli, hansı sənətə marağı varsa, bilik və bacarığı, hobbiləri nəyə yönəlibsə, onu təyin etməli və o sahəyə uyğun olan ixtisas üzərində dayanmalıdır. Əlbəttə, bu mərhələdə valideynlər dəstəkləyici mövqedə dayanmalıdır. Bəzən valideynlər reallaşdıra bilmədiyi arzuları öz övladlarının çiyinlərinə yükləyirlər. Tam yetkinlik yaşına çatmayan, reallaşdırmaq istədiyi arzuları tam ayırd edə bilməyən, əmək bazarından məlumatlı olmayan abituriyentlər səhv seçim etdiyi reallığı ilə ali və ya orta ixtisas təhsil müəssisələrində təhsilə başladıqdan və ya daha gec üz-üzə qalırlar. Biz isə hər zaman onlara dəstək göstərməyə hazırıq.
Bütün abituriyentlərə uğurlar arzu edirik!
Bülbül QULİYEVA
Digər xəbərlər