NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

...

Fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Şərq qapısı" xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar muxtar respublikada nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillər siqnal veriblər.

Qeyd edək ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı ölkəmizin hər yerində, o cümlədən Naxçıvanda anım tədbirləri keçirilib.

Nəşr edilib : 26.02.2026 17:07